Sinan Oğan da namizədlikdən çəkilə bilərbackend

Sinan Oğan da namizədlikdən çəkilə bilər

Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb. 

KONKRET.az xəbər verir ki, türkiyəli məşhur jurnalist İsmail Saymaz maraqlı iddia ilə çıxış edib.

O, ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın namizədi Sinan Oğanın da namizədlikdən geri çəkilə biləcəyini açıqlayıb.

“Mənbələrdən mənə gələn bilgilərdə Sinan Oğanın da namizədliyini geri götürəcəyi barədə məlumatlar var”, – o bildirib.

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*