Sinan Oğan: “Türkiyə mümkün miqrasiyaya qarşı hazır və ehtiyatlı olmalıdır”backend

Sinan Oğan: "Türkiyə mümkün miqrasiyaya qarşı hazır və ehtiyatlı olmalıdır”

İranın İsrailə hücumdan sonra Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğandan diqqətçəkən açıqlama gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Oğan “X” hesabında paylaşım edib:

“Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə dərhal fövqəladə vəziyyət elan etməsi, habelə, başda sərhəd bölgələrimizdə mümkün miqrasiyaya qarşı hazır və ehtiyatlı olmaqdır”.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub.

Bu gecə isə İrandan İsrailə cavab olaraq yüzlərlə ballistik raket və PUA-lar göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*