Siqaret çəkənlərin NƏZƏRİNƏ: “Bu halda cərimədən yayına bilərsiniz”backend

Siqaret çəkənlərin NƏZƏRİNƏ: "Bu halda cərimədən yayına bilərsiniz"

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, Məcəllənin 212.1-ci maddəsinə görə, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərinin pozulması – yəni qadağan olunmuş yerlərdə siqaret çəkilməsi – 30 manat məbləğində inzibati cərimə ilə nəticələnir. Eyni zamanda, tütün məmulatlarından istifadə edildikdən sonra onların ətraf mühitə atılması Məcəllənin 212-ci maddəsinə əsasən 300 manat cərimə ilə cəzalandırılır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında  vəkil Ramil Süleymanov səsləndirib.

DİQQƏT: Piyadalara qarşı bu hərəkəti edən sürücülər 40 manat cərimə olunacaq

“Lakin son dövrlər bu məsələ ilə bağlı ictimai narazılıqlar artmaqdadır. Polis əməkdaşları tərəfindən vətəndaşlar siqaret çəkdikləri halda dərhal intizam məsuliyyətinə cəlb olunurlar. Bununla bağlı vətəndaşlara irad bildirilir. Barələrində protokol tərib olunur”.

Hüquqşünas qeyd edir ki, bununla bağlı bir sıra vacib məqamlar xüsusi vurğulanmalıdır.

“İctimai yer anlayışı qanunvericilikdə konkret və aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş harada siqaret çəkə biləcəyini, harada isə bu əməlin qadağan olunduğunu dəqiq yəqin etsin. Siqaret çəkməyin qadağan edildiyini bildirən məlumatlandırıcı lövhələr mütləq şəkildə yerləşdirilməlidir. Vətəndaşın siqaret çəkdiyinə dair sübut kimi kamera görüntüləri və ya foto materiallarla qeydə alınmalı və bu faktlar vətəndaşın özünə təqdim edilməlidir”.

Vəkil vurğulayır ki, heç bir halda vətəndaş cəriməni yerində və dərhal ödəməyə məcbur edilə bilməz.

“Bu, qanunsuzdur. Vətəndaşın hüququ var ki, ona qarşı tətbiq edilmiş inzibati cəriməni mübahisələndirsin. Şikayət və ya etiraz halında vətəndaş bu məsələni ya cəriməni tətbiq edən müvafiq quruma, ya da məhkəməyə təqdim edə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

  • əli
    Aprel 23, 2025 - 12:18

    Qanunda ictimai yer yazmayıb. Konkret yer göstərilib. bunlardan kənar hər yerdə rahatlıqla ciyərlər bayram edə bilər.

    Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

    10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

    10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

    10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

    10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

    10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

    10.1.5. ticarət obyektlərində;

    10.1.6. məişət obyektlərində;

    10.1.7. sosial xidmət müəssisələrində;

    10.1.8. yerləşdirmə vasitələrində;

    10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

    10.1.10. uşaq meydançalarında;

    10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

    10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

    10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

    10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

    10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

    10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

    10.1.17. taksafonlarda;

    10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

    10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

    10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

    10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.

    10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*