Biləsuvarda şirkət avtomobili qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. Hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.