Sirli tarix, mumiyalanmış fironlar, hələ də taleyi məlum olmayan hökmdarlar diyarı – Qədim Misirbackend

Sirli tarix, mumiyalanmış fironlar, hələ də taleyi məlum olmayan hökmdarlar diyarı - Qədim Misir

Piramidalar, sirlər və miflər ölkəsi Qədim Misir əsrlər boyu tədqiqat obyekti olub. Alimlər hələ də bu unikal sivilizasiyanın sirlərini açmaqda çətinlik çəkirlər.

KONKRET.az Qədim Misirlə bağlı araşdırmanı təqdim edir. Qədim Misiri idarə edən sülalələrə fironlar başçılıq edib. 18-ci sülalənin gənc fironu Tutanhamon 19 yaşında vəfat edib. Onun ölümü ilə bağlı bir çox versiyalar mövcuddur. Hovard Karter 1922-ci ildə Tutanhamunun məzarını aşkar edəndə bu, 20-ci əsrin ən əhəmiyyətli arxeoloji kəşflərindən biri hesab olundu. 1968-ci ildə mumiya analiz edildikdən sonra rentgen müayinələri kəllə sümüyündə sınıqlar müəyyən etdi. Bu isə fironun başından aldığı zərbədən ölməsiylə bağlı fərziyyələrə səbəb oldu.

Bununla belə, müasir tədqiqatlar bu fərziyyəni təkzib edir və ehtimal olunur ki, 19 yaşlı fironun ölümü təbii səbəblərdən baş verib. Digər versiya isə fironun ayaq sümüklərinin zədələnməsilə bağlıdır. Onun ov edərkən öldüyü versiyası da mövcuddur. Məsələn, atdan yıxılma da gənc hökmdarın ölümünə səbəb ola bilər. Daha unikal fərziyyələr irəli sürənlər də var. Bir vaxtlar begemotlar Qədim Misirdə müqəddəs heyvanlar sayılırdı. Müqəddəs heyvanları öldürmək qadağan edildiyindən həmin heyvanlar insanlara hücum edirdilər. Bəzi tədqiqatçıların gümanına görə Nildə ov edərkən gənc hökmdarı begemot dişləyib. Bununla belə, genetik tədqiqatlar Tutanhamunda sümük anomaliyalarının izlərini aşkar edib. Ehtimallara görə bu, onun immun sistemini zəiflədib və hökmdar infeksiya sayəsində dünyasını dəyişib.

Böyük Sfinksin sirləri

Böyük Sfinks Qədim Misirin sirli heykəllərindən biridir. Fərziyyələrə görə, bu heykəl eramızdan əvvəl III minilliyin ortalarında hökmranlıq etmiş firon Xafrenin heykəlidir. Digər fərziyyələrə görə, heykəl onun hakimiyyətindən çox əvvəl qoyulub.

Ən məşhur sirlərdən biri Böyük Sfinksin üzərində burunun olmamasıdır. Ehtimala görə, onun burnu Misirə hücum zamanı Napoleonun əsgərləri tərəfindən məhv edilib. Digərləri burunun insan və heyvan şəkillərini qəbul etməyən müsəlmanların sındırdığı fərziyyəsini irəli sürürlər. Ancaq tarixi rəsmlər burunun bir neçə yüz il əvvəl yoxa çıxdığını göstərir.

Zaqreb mumiyasının kətan kitabı

-2

Bu kitab Zaqreb Muzeyində mumiya ilə birlikdə tapılan möhkəm sarılmış kətan lentlər üzərində yazılmışdır. Mətndə Roma imperiyasından xeyli əvvəl, İtaliyada yaşamış qədim etrusk xalqının dilində 4000 söz var. Kətan Kitabda yazılanların mənasını başa düşmək indiyədək mümkün olmayıb. Bəzi ekspertlər mətnin kult və ya dini xarakter daşıdığına inanırlar. Lakin etrusk dilinin tam dekodlanmasının olmaması bizim biliklərimizi məhdudlaşdırır.

Nefertitinin sirli taleyi

Qədim Misrin ən sirli simalarından biri Firon Akhenatonun həyat yoldaşı Kraliça Nefertitidir. Onun obrazı bir çox heykəllərdə təsvir olunub. Amma tədqiqatçılar bu qadın haqqında az məlumata sahibdirlər. Nefertitinin adı Akhenatonun padşahlığının 14-cü ilinə qədər tarixi mənbələrdə çəkilir. Bundan sonra o, müəmmalı şəkildə yoxa çıxır. Onun gələcək taleyi ilə bağlı bir neçə versiya var.

Onlardan biri Nefertitinin adını dəyişərək Akhenatonun ardınca hökmdarlıq edən Smenxkare adı ilə yenidən taxta çıxmasıdır. Belə bir fərziyyə var ki, o, qalan həyatını kişi qiyafəsində keçirib. Nefertitinin dəfn olunduğu yer hələ də tapılmayıb. Bir çox tədqiqatçılar məzarın Padşahlar Vadisində, Tutanhamon məqbərəsinin yaxınlığında olduğunu ehtimal edir.

Firon Menes – sirli qurucu

-4

Misirin ilk fironu Menes tarixdə sirli şəxsiyyət hesab olunur. Onun şəxsiyyəti və Köhnə Krallığın yaradılmasına verdiyi töhfə hələ də tarixçilər arasında mübahisələr doğurur. Bəzi mətnlərdə firon Yuxarı və Aşağı Misiri birləşdirən böyük döyüşçü kimi təsvir edilir. Digərləri onun sadəcə sülaləni qanuniləşdirmək üçün yaradılmış mifik fiqur olduğunu iddia edirlər. Bəzi alimlər Menesin əslində ölkənin birləşməsində əsas rol oynamış Firon Narmerin adının başqa bir versiyası olduğunu irəli sürürlər. Abıdosdakı son tapıntılar Menes adlı bir hökmdarın varlığına işarə edir, lakin daha qəti sübutlar hələ onun tam titulunu və rolunu təsdiqləməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*