SİRR AÇILDI: İngiltərə və Fransa Bakının neft mədənlərini bombalamaq istəyiblər – FOTObackend

SİRR AÇILDI: İngiltərə və Fransa Bakının neft mədənlərini bombalamaq istəyiblər - FOTO

İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırıblar.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə informasiya Rusiya Prezident Kitabxanasının dərc etdiyi arxiv sənədlərindən götürülüb.

1940-cı ilin əvvəllərində İngiltərə və Fransa SSRİ-yə qarşı müharibəyə başlamaq, Sovet İttifaqının o vaxt döyüşdüyü Finlandiyadan zərbələr endirmək, Leninqradı tutmaq, Qafqaza zərbə endirmək, yerli sovet neft yataqlarını dağıtmaq, habelə SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında fundamental qərar qəbul ediblər.

Bu qərarı İngiltərə və Fransanın hərbi rəhbərliyinin rəsmi əsas orqanı olan Ali Hərbi Şura qəbul edib, ona hər iki ölkənin baş nazirləri Nevil Çemberlen və Eduard Daladier başçılıq ediblər.

Prezident Kitabxanası Almaniya Xarici İşlər Nazirliyinin “Fransa Baş Qərargahının məxfi sənədləri” kolleksiyasından fraqmentləri – Fransadakı Müttəfiq Quru Qoşunlarının baş komandanı, general Moris Qalenin Sovet İttifaqının məhv edilməsi planlarına dair notasını dərc edib.
“Qafqazda neft yataqları” adlı 22 fevral 1940-cı il tarixli sənəd Rusiya Dövlət Hərbi Arxivində saxlanılır.

Məqsəd “Rusiyanı iqtisadiyyatı üçün lazım olan xammaldan məhrum etmək və bununla da Sovet hakimiyyətini zəiflətmək” olub.

“Qafqazın neft mədənlərinə qarşı hərbi əməliyyatlar bu regionda neft sənayesinin zəif nöqtələrini məğlub etməyə yönəldilməlidir”, – Qamelin qeyd edib. O, SSRİ-yə Qafqazda quru yolu ilə soxulmanın yersiz olduğunu göstərib.
“Yerüstü əməliyyatın yaratdığı müxtəlif çətinliklər bizi Bakıya hava hücumu məsələsini nəzərdən keçirməyə vadar etdi”, – Qamelin yazıb.
Qamelin qeyd edib ki, Bakı əsasən Qafqazın ən böyük neft mərkəzi idi: “Rusiya neft hasilatının 75%-i Bakının quyularından əldə edilirdi”.

“Bakıya hava hücumu kifayət qədər sayda təyyarə tərəfindən həyata keçirilsin və bu, təkrarlansan. Əməliyyat o zaman yaxşı nəticələr verəcək”, – Qamelin vurğulayıb.

Onun fikrincə, belə bir zərbə SSRİ-ni Qafqaz neftinin əhəmiyyətli bir hissəsindən məhrum ed bilərdi: “Bu isə Sovetləri tez bir zamanda kritik vəziyyətə salardı”.

Hesablamalara görə, hava zərbələrinin Bakıdan 400-700 kilometr aralıda yerləşən Türkiyə və ya İran, Suriya, İraqdakı bazalardan həyata keçirilməsi planlaşdırılırdı.

“Bu kateqoriyaya aid təyyarələrin hazırkı çatışmazlığı səbəbindən istifadə edilən təyyarələrin böyük hissəsi ingilislər tərəfindən təmin edilməlidir”, – deyə Qamelin bildirib.
Daha əvvəl dərc olunmuş məlumatlara görə, SSRİ-nin Qafqazdakı neft yataqlarına hava zərbəsi endirilməsi ehtimalına ilk dəfə 1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsinin lap əvvəlində Fransada baxılıb.

1940-cı il yanvarın ikinci yarısında Fransanın baş naziri Daladier hərbçilərin qarşısına Qafqaz neft mədənlərinə hava zərbələri endirmək kimi konkret vəzifə qoyub. Daladierin ideyası Böyük Britaniyanın Baş naziri Çemberlen tərəfindən dəstəklənib.
İngilislər və fransızlar SSRİ-yə hücuma Bakı, Qroznı, Batumi, Maykop və Poti şəhərlərinə hücumlarla başlamağı planlaşdırırdılar. Doqquz bombardmançı qrupu ingilislərin danışıqlar aparmağı planlaşdırdığı Suriya və Türkiyə aerodromlarından Qafqaz və Qara dəniz sahillərindəki hədəfləri bombalamalı idi. Bakını 15 günə, Qroznını 12 günə, Batumini bir gün yarıma dağıtmağı planlaşdırırdılar.

Əməliyyatın başlaması 1940-cı il mayın 15-nə planlaşdırılırdı, sonra 1940-cı ilin iyun ayına köçürüldü.

Sovet kəşfiyyatı İngiltərə və Fransanın planlarını dərhal üzə çıxardı. SSRİ-nin cənub sərhədlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün təxirəsalınmaz tədbirlər görüldü. Və sonra London və Paris 1940-cı ildə Almaniyanın Qərbi Avropadakı hərbi uğurlarına görə Sovet İttifaqına zərbə vurmağı dayandırdılar. Və 1940-cı il martın 12-də SSRİ ilə Finlandiya arasında müharibə başa çatdı, Moskva ilə Helsinki sülh müqaviləsi imzaladılar.

Lakin İkinci Dünya Müharibəsi başlayandan dərhal sonra Britaniya hərbi rəhbərliyi əvvəlki fikrinə qayıtdı. Həmin an ingilis hərbi ekspertləri SSRİ-nin Almaniyaya qarşı 6 aydan çox dayanmayacağına inanır və Qafqazın neft yataqlarının faşistlərin əlinə keçməməsi üçün onların məhv edilməsini təklif edirdilər.

 

Natiq Səlim,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*