Şirvanda 5-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə avqustun 27-də Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.
Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, Ömər Səmədov bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
27.08.2022 / 10:13
Şirvan rayonunda körpə yıxılıb.
KONKRET.az xəbər verir ki, Ömər Səmədov beşinci mərtəbədən yıxılıb.
O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.