backend

Şirvanda sürücü polisə müqavimət göstərərək qaçdı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində nəqliyyat vasitəsini çoxavazlı səs siqnalı quraşdıraraq idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən Sabirabad rayon sakini Fərhad Xəlilov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə saxlanılıb.

Saxlanılan zaman sürücü polis əməkdaşlarına müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin onun bu cəhdinin qarşısı şöbə əməkdaşları tərəfindən alınıb.

Maşına keçirilən baxış zamanı isə əlavə qurğu hesab edilən çoxavazlı səs siqnalı aşkarlanıb.

Sürücü F.Xəlilov barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*