Siyasətçilərin maraqlı gəlin seçimi – Orkestrdən qız seçilirbackend

Siyasətçilərin maraqlı gəlin seçimi - Orkestrdən qız seçilir

Şimali Koreyada siyasətçilər oğulları üçün gəlin axtarırlar. Mərkəzi Komitə rəsmiləri gəlin kimi orkestrdən olan qadın musiqiçilərə üstünlük verirlər.

KONKRET.az xəbər verir ki, bu dəfə dünya mətbuatında Şimali Koreyada evlilik xəbərləri yer alıb.

Mənbə “Daily NK”-a bildirib ki, bu yaz Mərkəzi Komitə məmurlarının oğulları ilə qadın musiqiçilər arasında nişan və ya nikahların sayı sürətlə artıb. Son vaxtlar Mərkəzi Komitənin məsul işçiləri arasında qadın musiqiçiləri evlərinə dəvət etmək, onların keçmişini araşdırmaq, oğulları ilə tanış etmək dəb halını alıb.

“Əvvəllər sənət adamları tez-tez bir-biri ilə evlənirdilərsə, indi gənc, gözəl instrumental ifaçılarla Mərkəzi Komitə məmurlarının övladları arasında nikahlar adiləşir”, – mənbə bildirib.

“Əvvəllər yüksək təbəqəli və qüdrətli statusunu saxlamağı bacaran MK rəsmiləri nisbətən aşağı sosial təbəqəyə mənsub qadın musiqiçiləri qəbul etməkdən yayınırdılar. Ancaq indi vəziyyət dəyişib. Yüksək çinli məmurlar hesab edir ki, musiqiçilər ailənin mədəni inkişafını qoruyub saxlayan ən etibarlı insanlardır”.

Yerli mətbuatda bildirilir ki, qadın musiqiçilər də bu vəziyyəti müsbət qarşılayıblar: “Onlar MK rəsmilərindən aldıqları diqqət və komplimentdən sosial tərəqqi üçün fürsət kimi istifadə edirlər”.

“Samjiyon Orkestrinin instrumental ifaçıları 2018-ci ildə Seulda konsert verdikdən sonra onların çoxu Mərkəzi Komitə məmurlarının oğulları ilə evləndilər. Onlar Pxenyanın güclü təbəqəsi ilə evlilikləri sayəsində yeni həyat fürsəti əldə etdilər”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, Şimali Koreya yerli sənətçiləri konsert vermək üçün Çin və Rusiyaya göndərməyə hazırlaşır. Əslində, Mərkəzi Komitə rəsmiləri xaricdə konsertlər keçirilsə, potensial gəlinlərinin daha yaxşı pul qazanacağını düşünürlər:

“Bu, hakimiyyət orqanlarının öz övladlarını daha incə həssaslıqla böyütmək istəyinə uyğundur. Üstəlik, bu icdivaclarda siyasət və sənət birləşdirilir, nəvələrə daha açıq, hərtərəfli insan olmaq şansı verilir”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*