“Sizə ayaqyalın konsert verəcəyəm!” – Xalq artisti əsgərlərə söz verdi – FOTOLARbackend

“Sizə ayaqyalın konsert verəcəyəm!” - Xalq artisti əsgərlərə söz verdi - FOTOLAR

Xalq artisti Faiq Ağayev Ordusuna dəstək olub. Sənətçi əsgərlərimizə hədiyyə və məktub göndərib.

KONKRET.az xəbər verir ki, Faiq Ağayev məktubda bunları qeyd edib:

“Əziz, sevimli, igid qardaşlarım!

Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir!

Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

Bilin – Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur!

Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!

İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz – igidlər, ayaqyalın konsert verəcəyəm!

  • Elşen
    Oktyabr 15, 2020 - 09:46

    Her şeyi başa düşdüm birce ayaqyalın konsert söhbeti mene çatmadı ))) Setelcem zad olarsan Şuşa seninçün aran rayonu deyil orda yayda da hava soyuq olur. Ne olur yapma!

Elşen üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*