Skandinaviya ölkələri Kremlə qarşı birgə ordu YARADIRbackend

Skandinaviya ölkələri Kremlə qarşı birgə ordu YARADIR

İsveçin keçmiş müdafiə naziri və parlamentin müdafiə komitəsinin hazırkı sədri Peter Hultkvist Şimali Kalotta və Murmansk bölgəsini qorumaq üçün Norveç-Fin-İsveç birgə ordusunun yaradılmasının vacib olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə cümə günü “Dagens Nyheter” qəzetində dərc olunan müsahibəsində bildirib.

O hesab edir ki, İsveç hərbçiləri Finlandiyanın Rusiya ilə sərhədinin müdafiəsində iştirak edə bilər:

“Bizim ümumi məsuliyyətimiz var. Bu, NATO-nun əsaslarından biridir. Skandinaviyada bizim bir-birimizə kömək etmək üçün xüsusi öhdəliyimiz var”.

Hultkvistin sözlərinə görə, İsveç artıq Finlandiya ilə birgə hərbi plana malikdir.

O qeyd edib ki, Rusiya hələ uzun müddət Qərb üçün ciddi problem olaraq qalacaq. Ukraynada vəziyyət nizamlanandan sonra da gərginlik aradan qalxmayacaq.

“Bizim NATO və Aİ-də yüksək birliyi olan hərbi qüvvəmiz olmalıdır”, – keçmiş müdafiə naziri deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*