ŞKTC-nin İqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu “TV1” kanalını təbrik edib – FOTObackend

ŞKTC-nin İqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu "TV1" kanalını təbrik edib - FOTO

Şimali Kipr Türk Cümhuriyyətinin İqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu “TV1” kanalının 1 yaşı olması münasibəti ilə kanala təbrik məktubu ünvanlayıb.

KONKRET.az tv1-ə istinadən xəbər verir ki, məktubda deyilir:

“TV1” kanalının Dəyərli Heyəti

Yaranmağınızın 1 ilini ən səmimi arzularımla təbrik edirəm.

Qısa zamanda Azərbaycan mediasında güclü bir yer tutmuş “TV1” kanalı tərəfsiz, neytral xəbər hazırlama mövqeyilə cəmiyyətə təqdim etdiyi önəmli proqramlarını təqdir edərək izləyirik. Bu uğurda əməyi olan bütün komanda üzvlərinin və xüsusilə redaktor hörmətli Mədinə Hüsiyevanın səylərilə ərsəyə gətirdiyiniz fəaliyyətinizi təqdir edirik.

Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, media sektorunda da güclənərək inkişaf edəcəyinə inanıram.

“TV1”-in bu dəyərli missiyanı davam etdirərək uğurlu illərə çatmasını arzu edirəm.

Qeyd edək ki, “TV1” kanalı avqustun 1-də 1 yaşını qeyd edir. Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal –  “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb. Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal –  “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb. Şimali Kipr həqiqətlərinin işıqlandırılmasında isə kanalımızın müstəsna xidmətləri var. Bu yöndə ŞKTC-nin prezidenti Ersin Tatarın Azərbaycana səfəri çərçivəsində “TV1” kanalına eksklüziv müsahibə verməsini xüsusi ilə vurğulamaq yerinə düşər. Həmçinin, ŞKTC-dən ölkəmizə səfər etmiş rəsmi şəxslər, nazirlər, tanınmış simalar, siyasətçilər kanalımızn efirində eskklüziv müsahibələr veriblər. Onların özəl açıqlamaları Azərbaycan mediasında işıqlandırıldığı kimi, Şimali Kipr mediasında da yayımlanıb. 

Biz “TV1” komandası olaraq, dövlətimizin, cəmiyyətimizin inkişaf etməsi üçün daha əzmlə çalışacaq və yeni, peşəkar proqramlarla izləyicilərimizi sevindirməyə davam edəcəyik. Bütün TV1-çiləri və tamaşaçılarımızı 1 yaşımız münasibəti ilə təbrik edirik!

media-olgun

media-mektub-333

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*