Slovakiya prezidenti Ukraynaya silah yardımının əleyhinədir
KONKRET.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Slovakiyanın xanım prezidenti Zuzana Çaputova ölkəsinin Kiyevə əlavə hərbi yardım göndərilməsinin əleyhinədir, çünki parlament seçkilərində qalib gələn partiyalar bu dəstəkdən imtina edir.
Çaputovanın sözlərinə görə, bu məsələdə Smer-SD-nin qalib gəldiyi parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşmaq lazımdır.
Qeyd edək ki, bundan əvvəl partiya lideri Robert Fiko bildirmişdi ki, Ukraynaya heç bir yardım olmayacaq.
Ariz Həsənoğlu,
KONKRET.az