“Rusiya neftinin Slovakiya və Macarıstana tədarükü ilə bağlı problem iki səviyyədədir: iqtisadi və siyasi. Bratislava və Budapeşt təkcə Kiyevlə deyil, Avropa Komissiyası ilə də mübahisəyə girib”.
KONKRET.az xəbər verir ki, bu barədə Slovakiyanın “Postoj” qəzeti yazıb. Macarlar və slovakların fikrincə, müharibə başlayandan bəri tranzit haqlarını beş dəfə artıran Xorvatiya ilə də rpoblemlər yaşanır.
Xorvatlar bu ittihamları rədd edirlər. Bu arada, Slovakiyada dizel yanacağı istehsalı təhlükə altındadır. Bu, qonşu ölkələrə də təsir edəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az