Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, Azərbaycanı düşmən elan etmək Rusiya üçün strateji səhv olar.
“Azərbaycan Rusiya üçün ən praqmatik və ən hesablanabilən tərəfdaşdır. İlham Əliyev kimi tərəfdaşı daha haradan tapacağıq? Ümumiyyətlə, Azərbaycanı düşmən seçmək, xüsusilə də İlham Əliyevlə düşmən olmaq Rusiya Federasiyasının maraqlarına tamamilə ziddir”, – deyə Slutski vurğulayıb.
LDPR rəhbəri qeyd edib ki, İlham Heydər oğlu Əliyev heç vaxt Rusiya əleyhinə addım atmayıb və bu baxımdan azərbaycanlıları hədəf almağın Rusiyaya heç bir faydası yoxdur.
Müşviq Tofiqoğlu
KONKRET.az