Alyaskada baş tutan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin sammiti rekord səviyyədə təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.
KONKRET.az xəbər verir ki, görüşün təhlükəsizliyini təmin etmək üçün snayperlər, zirehli texnika və yüzlərlə xüsusi xidmət əməkdaşı həm bazada, həm də tədbirin keçirildiyi ətraf ərazilərdə yerləşdirilib.
Mütəxəssislərin sözlərinə görə, bu cür yüksək səviyyəli təhlükəsizlik tədbirləri beynəlxalq liderlərin görüşlərində standart prosedur hesab olunur və hər iki tərəf üçün mümkün risklərin minimuma endirilməsinə xidmət edir.
Natiq Səlim,
KONKRET.az