SOCAR-dan Gürcüstan yığmasına görə jest – Yanacaq 2 lari oldubackend

SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu

Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb.

Belə ki, şirkət ötən gün Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lari (1 AZN 21 qəpik) edəcəyi ilə bağlı paylaşım etmişdi.

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzdu. Buna baxmayaraq SOCAR etdiyi paylaşıma əməl edərək yanacağın qiymətini endirib. (Azxeber.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*