Müqavilə ilə işləyən erməni əsgər naməlum şəraitdə güllə yarasından ölüb
KONKRET.az xəbər verir ki, iyulun 3-də saat 00:45 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli erməni əsgər Sarkis Xaçatryan qeyri-müəyyən şəraitdə güllə yarası alıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırmalara başlanılıb.
Natiq Səlim,
KONKRET.az