Soçidə ticarət mərkəzində atışma oldubackend

Soçidə ticarət mərkəzində atışma oldu

Rusiyanın Soçi şəhərindəki “Moremall” ticarət mərkəzində bir nəfər travmatik tapançadan havaya atəş açıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, iki nəfər arasında məişət zəminində yaranan münaqişə zamanı 22 yaşlı yerli sakin travmatik silahdan istifadə edib.

Hər iki şəxs saxlanılaraq polis idarəsinin növbətçi hissəsinə aparılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*