İran İsrail və onun müttəfiqləri ilə qarşıdurmanın uzunmüddətli xarakter alacağını istisna etmir.
CNN telekanalının məlumatına görə, Tehran rəhbərliyi bu müharibənin iki ilədək davam edə biləcəyini hesablayır və bu ssenariyə hazır olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, İran rəhbərliyinə yaxın mənbələr hazırda ölkənin həm hərbi, həm də siyasi cəhətdən uzunmüddətli qarşıdurmaya hazırlandığını bildirirlər. Bu isə regionda gərginliyin yaxın vaxtlarda səngiməyəcəyinə işarədir.
Natiq Səlim,
KONKRET.az