Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu bildirib ki, Ukrayna ilə Rusiya arasında növbəti birbaşa danışıqlar Avropa ölkələri və ABŞ-ın iştirakı ilə baş tuta bilər.
KONKRET.az xəbər verir ki, Pinyu bu açıqlamasında vurğulayıb ki, münaqişənin diplomatik həlli üçün beynəlxalq tərəfdaşların rolunun artırılması zəruridir.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ, həmçinin digər beynəlxalq aktorlar Ukrayna və Rusiya arasında dialoqun bərpası və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə hazırdırlar.
Müşviq Tofiqoğlu,
KONKRET.az