İranın ali lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahlarından birinə raket zərbəsi endirilib. Bu barədə məlumatı “Clash Report” yayıb.
KONKRET.az xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Tehranın mərkəzində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Şəhər səmasında yaylım atəşinin izləri müşahidə olunur və onların İsrailə məxsus pilotsuz uçuş aparatlarına yönəldiyi ehtimal edilir.
Eyni zamanda, hüquq-mühafizə orqanları paytaxtın izdihamlı bölgələrində kütləvi təşvişin qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirir.
Natiq Səlim,
KONKRET.az