Şokoladın içində qızıl keçirmək istədilər – FOTOLARbackend

Şokoladın içində qızıl keçirmək istədilər – FOTOLAR

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokoladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə KONKRET.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokoladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qızılın şokaladların içərisində keçirilməsinin qarşısı alınıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*