Solovyev qəzəbləndi: “Çin bacarır, bəz biz niyə bacarmırıq”backend

Solovyev qəzəbləndi: “Çin bacarır, bəz biz niyə bacarmırıq”

Rusiyalı teleaparıcı və təbliğatçı Vladimir Solovyov Rusiya avtomobil sənayesinin tənəzzülündən şikayətlənib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Rossiya 1” telekanalında yayımlanan tok-şousunun efirində danışıb.

“Döyüşçülərin sürdüyü avtomobillərə baxın. Bəs rus istehsalı olan maşınlar hanı? “Patriot” (UAZ “Patriot” nəzərdə tutulur – red.) sürmək üçün böyük vətənpərvər olmalısan. Ancaq bu avtomobil baha başa gəlir, daim xarab olur, ehtiyat hissələri də əlçatan deyil. Ona görə də uşaqlar Çin avtomobili sürürlər. Amma indi bizə motosiklet lazımdır. Rusiyanınkı varmı? Rus motosikletləri yoxdur… Bəs niyə Çin istehsal edə bilir, biz yox?”, – deyə o qəzəblənib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*