Son 10 ildə dünyada baş vermiş ən böyük aviaqəzalar – STATİSTİKAbackend

Son 10 ildə dünyada baş vermiş ən böyük aviaqəzalar - STATİSTİKA

Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğraması aviasiya nəqliyyatında təhlükəsizliyi barədə bir sıra məsələləri qabardır. Xatırladaq ki, qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Son yarım əsrdə aviasiya nəqliyyatı müasir dövrün ən təhlükəsiz nəqliyyat növlərindən birinə çevrilsə də, ölümlə nəticələnən aviasiya qəzaları hələ də tamamilə aradan qalxmayıb.

KONKRET.az son 10 ildə dünyada baş verən aviaqəzaları təqdim edir:

2024-cü il aviasiya qəza göstəricilərinə görə son onilliyin ən yüksək rəqəmlərinə malikdir. Qlobal miqyasda baş verən 16 qəza və bu hadisələr nəticəsində, dekabrın 25-də Aktauda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində itkiləri nəzər almasaq, həyatını itirən 196 nəfər, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə baxmayaraq, risklərin qalmaqda olduğunu bir daha göstərir. Statistik məlumatlar, aviasiya sahəsində insan faktoru, texniki nasazlıqlar və bəzi hallarda baş verən təxribatların təhlükəsizlik üçün hələ də ciddi təhdid olduğunu göstərir. Lakin bu gün Aktauda baş verən hadisə bir daha göstərdi ki, təyyarədə olan sərnişinlərin yarısından çoxunun sağ qalması AZAL heyətinin peşəkarlığının bariz nümunəsidir.

Ötən il dünya üzrə 7 (qurbanların sayı 111 nəfər), 2022-ci ildə 3 (168 nəfər), 2021-ci ildə 4 (158 nəfər), 2020-ci ildə 5 (320 nəfər), 2019-ci ildə 4 (229 nəfər), 2018-ci ildə 5 (399 nəfər), 2017-ci ildə 2 (41 nəfər), 2016-ci ildə 10 (348 nəfər), 2015-ci ildə 6 (583 nəfər) və 2014-cü ildə 14 (1 143 nəfər) avia qəza baş verib.

Son on ilin ən dəhşətli qəzalarından biri 2014-cü ildə Ukraynanın Donetsk vilayətində baş verib. “Buk-M1” zenit-raket kompleksi ilə Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsi vurulub və nəticədə 298 nəfər həlak olub.

2024-cü ildə aviasiya təhlükəsizliyi bəzi göstəricilər üzrə yaxşılaşmış olsa da, risklər son beş ilin orta səviyyəsindən yüksək olaraq qalır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına əsasən, bədbəxt hadisələrin əmsalı hər milyon uçuşa 1,21 qəza təşkil edib, bu da hər 830 min uçuşa bir qəza deməkdir. Bu göstərici 2021-ci ilin 1,13 əmsalından (hər 890 min uçuşa bir qəza) yüksəkdir, lakin son beş ilin orta göstəricisi olan 1,26-dan (hər 810 min uçuşa bir qəza) aşağıdır.

Beş illik dövr üçün orta qəza əmsalı reaktiv mühərrikli təyyarələr üçün 0,16 və turbopropeller təyyarələr üçün 1,12-dir. 2023-cü ildə dünya üzrə 32,2 milyon uçuş həyata keçirilib. Bu, əvvəlki ilin 25,7 milyon uçuşu və son beş ilin orta hesabla 34,4 milyon uçuşu ilə müqayisədə yüksək göstəricidir.

Statistikaya görə, qəzaya düşmək ehtimalı çox azdır. İnsan hər gün uçsa belə, ölümlü qəzaya düşmək ehtimalı üçün 25,2 min ildən çox vaxt lazımdır.

Son illərdə aviasiya təhlükəsizliyi üzrə ciddi irəliləyişlər olsa da, texniki nasazlıq, insan səhvləri və bəzi hallarda təxribat qəzaların əsas səbəbi olaraq qalır. Statistik göstəricilər bu sahədə tədbirlərin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Son 10 ildə dünyada ən çox insan tələfatına səbəb olan aviasiya qəzalarına nəzər salaq: (report.az)

İl Qəza yeri Təyyarə Ölkə Qəzanın Səbəbi Qurban sayı
2024 Braziliya ATR 72-212A Braziliya Qalxdıqdan sonra, təxminən 5,2 km hündürlükdə uçarkən, yastı burulğana düşüb və San Paulo hava limanından 76 kilometr məsafədə yerləşən Vinhedo bələdiyyəsində yerə çırpılıb 62
2023 Nepal ATR 72 Nepal Şəhər yaxınlığında çay dərəsində qəzaya uğrayıb 72
2022 Çin Boeing 737 Çin Dağlıq ərazidə qəzaya düşüb 132
2021 Filippin Herkules C-130 Filippin Uçuş-eniş zolağının hüdudlarından kənara çıxıb 52
2021 İndoneziya Boeing 737-524 İndoneziya Suya dəyərkən parçalanıb 62
2020 Pakistan Airbus SE A320 Pakistan Yaşayış məntəqəsində eniş zamanı qəzaya uğrayıb 97
2020 İran Boeing 737 Ukrayna Təyyarə Tehranın yaxınlığında İranın HHM tərəfindən vurulub 176
2019 Efiopiya Boeing 737 Efiopiya Bişoftu (Debre Zeyt) şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğradı 157
2018 İndoneziya Boeing 737 Max İndoneziya Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb 185
2018 Kuba Boeing 737 Kuba Qalxdıqdan sonra qəzaya uğrayıb 104
2018 Rusiya An-148 Rusiya Domodedovo hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radar ekranlarından yoxa çıxıb 71
2016 Rusiya Tu-154 Rusiya Qara dəniz üzərində Soçidən Suriyaya uçuş zamanı radarlardan yoxa çıxıb 92
2015 Misir Airbus A321 Rusiya Radarların ekranından yox olub və qəzaya uğrayıb. 224
2015 İndoneziya Hercules C-130 İndoneziya Texniki nasazlıq. Qalxdıqdan sonra yerə düşüb 116
2015 Fransa Airbus A320 Almaniya Kəskin hündürlük itkisi. Fransanın cənubunda Alp dağlarında qəzaya uğrayıb 150
2014 İndoneziya Airbus A320-200 İndoneziya Radarın ekranından yox olub. Pis hava şəraiti səbəbindən qəzaya düşüb 162
2014 Niger (Saxara) McDonnell Douglas MD-83 Əlcəzair Saxara səhrasında qəzaya uğrayıb. 116
2014 Ukrayna Boeing 777 Ukrayna Donetsk vilayətində “Buk-M1” zenit-raket kompleksindən 10 km hündürlükdə terrorçular tərəfindən “yer-hava” raketi ilə vurulub. 298
2014 Hind okeanı Boeing 777-200 Malayziya Kuala Lumpurdan Pekinə uçan təyyarə aviasiya dispetçerlərinin radarlarından itib 239

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*