“Son beş gündə 24 təyyarəni vuran sistemlər almışıq” – Şoyqubackend

“Son beş gündə 24 təyyarəni vuran sistemlər almışıq” - Şoyqu

Rusiya qüvvələri son bir neçə gündə 24 Ukrayna döyüş təyyarəsini vuran sistemlər alıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu hərbçilərlə görüşündə deyib.

Nazir Ukrayna Hərbi Hava Qüvvələrinin son bir həftə ərzində döyüş təyyarələri arasında böyük itkilər verdiyini bildirib.

“Biz son beş gündə 24 təyyarəni vuran sistemlər almışıq”, – Şoyqu qeyd edib.

Nazir həmçinin Rusiya hərbçilərini dövlət mükafatları almaları münasibətilə təbrik edib. “Sizi ürəkdən təbrik edirəm. Siz layiqli mübarizə aparırsınız. Hesab edirəm ki, bu, eyni şəkildə davam edəcək”, – o əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*