SON DƏQİQƏ: Azərbaycanda siqaretlər bahalaşdı – YENİ QİYMƏTLƏRbackend

SON DƏQİQƏ: Azərbaycanda siqaretlər bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda siqaretlər bahalaşıb.

KONKRET.az xəbər verir ki, bir qutu tütün məmulatının qiyməti orta hesabla 30-40 qəpik artıb.

Əvvəllər 2 manat 60 qəpiyə olan “Magna”nın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan “Pall Mall” 3 manat 40 qəpik, 3 manat olan “LD” 3 manat 30 qəpik, 4 manat 20-yə satılan “Winston” 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan “Kent” 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan “Sobranie” isə 5 manat 10 qəpik olub.

Bunlar marketlərdə təklif olunan qiymətlərdir. Küçələrdəki ticarət köşklərində bütün siqaterlər təxminən 20 qəpik daha baha satılır.

Satıcıların sözlərinə görə, siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. (yeni sabah)

***

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

KONKRET.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, rəsmi açıqlama verilməsə də, marketlərdən əldə edilən məlumata əsasən, siqaretlərin qiymətində 30–50 qəpik arası bahalaşma qeydə alınıb.

Qeyd olunur ki, qiymət artımı hələlik bəzi marketlərdə tətbiq edilir.

Bahalaşmanın səbəbləri ilə bağlı isə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*