SON DƏQİQƏ: Bakı və İrəvan arasında bu tarixdə sülh imzalanacaqbackend

SON DƏQİQƏ: Bakı və İrəvan arasında bu tarixdə sülh imzalanacaq

“Ermənistanda gələn ilin əvvəlində növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür. Hazırda baş nazir Nikol Paşinyan seçkilər öncəsi həm müxalifətə, həm də kilsəyə qarşı təzyiqləri artırmaqla daxili müqaviməti zəiflətməyə çalışır.”

Bu barədə politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a şərhində bildirib.

Politoloq qeyd edib ki, N.Paşinyan Rusiyaya bağlı şəxslərin Ermənistan siyasətinə təsirini zəiflətmək üçün son aylar sistemli addımlar atır. “Yerevan məhkəməsinin Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı, “Taşir” şirkətlər qrupunun rəhbəri Ara Abramyanın torpaq sahəsini müsadirə etməsi bunun bariz nümunəsidir. Abramyan Rusiya ilə yaxın əlaqələri olan, həmçinin həbsdə olan Samvel Karapetyana yaxın şəxsdir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, Paşinyan Rusiya yönlü qüvvələri sıradan çıxarmaq üçün yalnız biznes dairələri ilə kifayətlənmir, həm də siyasi təsirləri hədəf alır: “Hazırda o, Gümrüdə yeni seçilmiş Rusiya meylli meri həbslə təhdid edir. Digər bir vacib hədəf isə Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qaregendir. Paşinyan hesab edir ki, katalikos müxalifətin əsas ideoloquna çevrilib və Moskvadan idarə olunur”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan II Qaregini istefaya məcbur etmək üçün Eçmiədzində tərəfdarlarını səfərbər edib və kilsəyə qarşı ictimai etimadı sarsıtmağa çalışır: “O, bu istiqamətdə bir neçə dəfə qərar versə də, Rusiya təzyiqləri ilə geri çəkilib. Ancaq görünən odur ki, yaxın aylarda təzyiqlər daha da artacaq və II Qaregini istefaya göndərmək planı reallaşa bilər”.

Politoloq əlavə edib ki, Paşinyan üçün kilsə daxilində əsas müxalif fiqurun aradan götürülməsi seçkilərə radikal və təsirli müxalifət olmadan getmək imkanı yaradacaq: “Bu, ona parlament seçkilərində qələbə qazandırmaqla bərabər, sülh gündəliyini irəli aparmaq şansı da verəcək. Əgər payızda katalikos istefa verərsə, 2026-cı ilin əvvəlində növbədənkənar seçkilər keçirilə bilər. Ardınca apreldə konstitusiya referendumu və yay aylarında Azərbaycanla sülh müqaviləsinin bağlanması mümkündür”.

Müşviq Tofiqoğlu,
KONKRET.az

  • Elnur
    İyul 30, 2025 - 08:13

    Xeyr 30 il nece kecdi buda bele davam edecey gunde bir soz deyilecey yalanda sayitlar yazir hamisi basqa xeber verin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*