SON DƏQİQƏ: Bu tarixdə məktəblərdə kağız jurnallar ləğv ediləcəkbackend

SON DƏQİQƏ: Bu tarixdə məktəblərdə kağız jurnallar ləğv ediləcək

“Hazırda Azərbaycanın təhsil sistemi üçün müstəqil Böyük Dil Modelinin (LLM) hazırlanması ilə bağlı rəsmi təşəbbüs və ya texniki işlər yoxdur. Bunun əvəzində, artıq bir ildən çoxdur ki, bəzi tədris materialları “Microsoft Copilot” sisteminə uyğunlaşdırılaraq öyrədilir. Məqsəd süni intellekt əsasında təhsil sahəsində lokallaşdırılmış həllərin formalaşdırılmasıdır”

Bu fikirləri AİKTSA sədri Elvin Abbasov KONKRET.az-a açıqlamasında səsləndirib:

Elvin Abbasov

“Pandemiya dövründə də “Microsoft Teams” platforması Azərbaycan təhsil sisteminə inteqrasiya olunmuş və onlayn tədris prosesi bu baza üzərində qurulmuşdu.
Bununla yanaşı, 2025-ci ilin sentyabr ayından etibarən ölkədə məktəblərdə kağız jurnalların istifadəsi tamamilə dayandırılacaq. Hazırda artıq 426 məktəb elektron jurnala keçid edib”.

Ekspert əlavə edib ki, qarşıdakı dövr üçün əsas çağırışlar texnoloji transformasiyanın sürətləndirilməsi, bu dəyişikliklərin real tətbiqlərlə möhkəmləndirilməsi və ictimaiyyətə düzgün izahının təmin edilməsidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*