SON DƏQİQƏ: Cəbhədə atışma başladı – YENİLƏNİRbackend

SON DƏQİQƏ: Cəbhədə atışma başladı - YENİLƏNİR

00:12

Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Ağdam kəndində şiddətli atıışma başlayıb.

KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, 25 dəqiqə intensiv atışmadan sonra düşmən cavab atəşi ilə susdurulub. Şiddətli atışma tam dayanıb.

***

23:46

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən düşmən tərəfi xırda çapılı silahlardan atəşkəsi pozub. Silahlı qüvvələrimiz tərəfindən düşmənin layiqli cavabı verilib. Ordumuz düşmənin atəş mövqelərinə cavab atəşi açıb. Şiddətli döyüşlər davam edir.

Məlumat üçün bildirək ki, bu gün günorta saatlarında erməni tərəfi atəşkəsi pozub.Təxminən 2 saat öncə isə cəhbə bölgəsi istiqamətində yanğınlar törətməyə başlayıb.

Kamil Məmmədov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*