Ermənistanın Aviasiya idarəsi “Flyone Armenia” şirkətinə İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə icazə verib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın aviasiya rəhbərliyi “Flyone Armenia” şirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib. Bu barədə şirkətin idarə heyətindən məlumat verilib:
“Flyone Armenia” bir neçə gün əvvəl İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter uçuşları həyata keçirmək məqsədi ilə Ermənistan və Türkiyənin aviasiya rəhbərliyinə müraciət edib. Biz Ermənistanın aviasiya rəhbərliyinə müsbət cavablarına görə minnətdarıq” – deyə şirkətin İdarə Heyətinin sədri Aram Ananyan bildirib.
Uçuşların nə vaxt başlayacağı ilə bağlı suala cavabında Ananyan bildirib ki, Türkiyənin aviasiya rəhbərliyindən icazə gözləyirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az