SON DƏQİQƏ: İranın dövlət təyyarəsi təcili Rusiyaya uçdu: Pezeşkian və Xamenei ölkədən qaçır?backend

SON DƏQİQƏ: İranın dövlət təyyarəsi təcili Rusiyaya uçdu: Pezeşkian və Xamenei ölkədən qaçır?

İranın hökumət təyyarəsi Moskvadakı Vnukovo hava limanına enib.

KONKRET.az xəbər verir ki, bu, ABŞ-ın ölkənin rəhbərliyinə qarşı mümkün zərbələrinə dair yayılan şayiələr fonunda baş verib.

“Mash” Teleqram kanalının məlumatına görə, təyyarədə İran prezidenti Məsud Pezeşkianın ola biləcəyi ehtimal edilir.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bu gecə bəyanat verməyə hazırlaşır. Vaşinqton İran hərbi qüvvələri və ölkə rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinə qarşı “məqsədli zərbələr” imkanlarını nəzərdən keçirir.

Monitorinq kanalları bildirir ki, Nikolás Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə doğru hərəkət edir.

İranın hökumət təyyarəsinin uçuş məqsədi və dəqiq marşrutu hələ məlum deyil.

Müşviq Tofiq oğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*