SON DƏQİQƏ! İsrail Ukraynaya “Dəmir qübbə” verməyə RAZILAŞDIbackend

SON DƏQİQƏ! İsrail Ukraynaya “Dəmir qübbə” verməyə RAZILAŞDI

Netanyahu Ukraynanın “Dəmir qübbə” hava hücumundan müdafiə sistemləri ilə təmin oluna biləcəyini istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu CNN-ə müsahibəsində deyib.

Ondan İsrailin Ukraynanı “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi ilə təmin edə biləcəyi barədə soruşublar.

“Mən bu məsələni sözsüz araşdırıram”, – deyə Netanyahu cavab verib.

O, həmçinin ABŞ-ın İsraildə yerləşdirilmiş sursat ehtiyatlarını Ukraynaya daşıdığını təsdiqləyib.

“ABŞ indicə İsrailin sursat ehtiyatlarının böyük bir hissəsini götürüb Ukraynaya təhvil verdi. İsrail də açığı, elə hərəkət edir ki, mən burada təfərrüatlara varmayacağam. İranın Ukraynaya qarşı istifadə etdiyi silah istehsalına qarşı da heç nə deməyəcəm”, – deyə Baş nazir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*