“Murad Dadaşov Xəzər TV-dən işdən ayrıldı”.
KONKRET.az-a bu barədə televiziyadakı mənbələr məlumat verib. Onun öz ərizəsilə işdən kənarlaşdığı deyilir.
“M Group Production”dan məlumatı təsdiqləyiblər.
Xəzər TV-dən verilən açıqlamada isə M. Dadaşovun istefa vermədiyi, işinin başında olduğu bildirilib. Qeyd edək ki, Murad Dadaşov martın 5-i 2020-ci ildə Xəzər TV-nin baş direktoru təyin edilib.
KONKRET.az