SON DƏQİQƏ: Separatçılar Xankəndidə mitinqə hazırlaşır – Joxovurdbackend

SON DƏQİQƏ: Separatçılar Xankəndidə mitinqə hazırlaşır - Joxovurd

Xankəndidə separatçıların böyük mitinqi gözlənilir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat dərc edib. Qəzeti öz mənbələrinə istinadən yazır ki, yaxın vaxtlarda, yəni may bayramları ərəfəsində Xankəndidə böyük mitinq gözlənilir:

“Mitinqin təşəbbüskarı imzatoplamanı təşkil edən erməni gəncləridir. Onlara Ermənistanda insan hüquqlarının müdafiəsi komissiyasının sədri Taquhi Tovmasyan da qoşulub və 5 minə yaxın imza toplayıb. Mitinq Azərbaycanı guya 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı yerinə yetirməyə sövq etmək tələbi ilə keçiriləcək”, – qəzet yazıb

Erməni nəşrinin məlumata görə, artıq mitinq hazırlıqlarına başlanılıb. Qondarma və separatçı rejimin nümayəndələrinin, eləcə də Ermənistan müxalifətinin də bu mitinqdə iştirakı gözlənilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*