SON DƏQİQƏ: “Tiffany” Rusiyadan almaz hasilatını dayandırdıbackend

SON DƏQİQƏ: "Tiffany" Rusiyadan almaz hasilatını dayandırdı

Zərgərlik məmulatlarının hasilatı ilə məşğul olan Tiffany & Co. transmilli şirkəti Ukraynaya təcavüzü səbəbindən martın 21-dən Rusiyada hasil edilən yeni brilyantların alınmasını dayandırdığını bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bloomberg Quint məlumat yayıb.

Şirkət Rusiyadan qiymətli daşlar almağı dayandırmaq üçün niyə məhz bu tarixi seçdiyini izah etməyib.

Tiffany rəsmi açıqlamasında əlavə edib ki, Rusiyadan fərdi qeydiyyata alınan və çəkisi 0,18 karat və ya daha çox olan almazların istehsalını dayandırıb.

Qeyd edək ki, bundan əvvəl dünyanın ən böyük brilyant zərgərlik mağazası Signet Jewelers Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*