SON DƏQİQƏ! Tramp Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək – RƏSMİ PROQRAM AÇIQLANDIbackend

SON DƏQİQƏ! Tramp Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək – RƏSMİ PROQRAM AÇIQLANDI

Avqustun 8-də, cümə günü ABŞ administrasiyasının rəhbəri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

KONKRET.az xəbər verir ki, Vaşinqton vaxtı ilə saat 14:30-da (Bakı vaxtı ilə 22:30) Ermənistanın baş naziri Nikol Paşinyanın, saat 15:20-də isə (23:20) Azərbaycan Prezidenti İlham Əliyevin qəbulu planlaşdırılıb.

Həmin gün saat 16:00-da (Bakı vaxtı ilə 9 avqust, 00:00) Tramp, Əliyev və Paşinyanın birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, görüş çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Ağ Evdə “niyyət məktubu” imzalayacağı da istisna edilmir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*