SON DƏQİQƏ! Zaurun verilişinin yayımı dayandırıldıbackend

SON DƏQİQƏ! Zaurun verilişinin yayımı dayandırıldı

“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.

  • İlqar
    Yanvar 25, 2024 - 22:05

    Çox gözəl, çoxdan lazımidi dövlət tv-lərini ,,məhlə tv,-yə döndəriblər…qeybət, dedi qodu lap bezmişik bunlardan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*