“Son sözündə dedi ki, Natiqlə görüşə gedirəm…” – VİDEObackend

“Son sözündə dedi ki, Natiqlə görüşə gedirəm…” – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova vəfat edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən bildirir ki, aparıcı Lalə Azərtaş “TikTok” hesabında bildirib ki, şəhid anasının ölümündən bir neçə saat öncə onu ziyarət edib.

“Həyat çox qəribədir. Təxminən 3 saat qabaq Milli Qəhrəmanımız Natiq Qasımovun evində idik. Anası Dursun xanımı ziyarət etməyə getmişdik. Ana dedi ki, Lalə, qadan alım, Natiqlə görüşə gedirəm… Mən də dedim ki, hara gedirsən, sən hələ bizə çox lazımsan. Bakıya çatan kimi eşitdim ki, ana Natiqlə görüşə gedib… Allah ona qəni-qəni rəhmət eləsin. Möhkəm qadın, gözəl ana… İndi bizim hamımızın borcu onunla son görüşə getməkdir. Milli Qəhrəmanımızın anası iyulun 28-i Gəncədə dəfn ediləcək”, – aparıcı qeyd edib.

Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə ötən gün APA-ya açıqlamasında son zamanlar anasının səhhətində narahatlıqlar olduğunu söyləyib: “Anam bu gün saat 18 radələrində rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi. Bildirdilər ki, yaşı çoxdur, ağrılara dözə bilməz. Canı ağrılardan qurtardı, o qədər zülm çəkdi, danışılacaq bir vəziyyət deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*