“Bu, suverenliyin itirilməsi yoludur, bu, demoqrafik fəlakət yoludur, çünki inkişaf etmiş şəraitdə Ermənistan cəmiyyəti parçalanır, Ermənistan isə demoqrafik potensialını itirir”.
KONKRET.az xəbər verir ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının üzvü, politoloq Oleq Romanov Belarusun Ermənistandakı səfirliyi qarşısında baş verən insidenti belə şərh edib.
“Mümkün reaksiyaya gəlincə, bu, təxribatdır. Bu təxribatın arxasında Ermənistandakı sırf korrupsioner qüvvələr dayanır ki, onların da məqsədi Ermənistanı bir dövlət, bir xalq olaraq, Cənubi Qafqazda siyasətin subyektlərindən biri kimi zəiflətməkdir”, deyə o, qeyd edib.
Günel Mikayılova,
KONKRET.az