Son üç gün ərzində (iyulun 10-dan 13-dək) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dörd nəfər müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd qeyd edib ki, həmin şəxslərə ilkin tibbi yardım göstərilib və evə buraxılıb, ölüm halı qeydə alınmayıb.