“Ermənistanın baş naziri öz cinayətkar siyasətinə haqq qazandırmaq üçün Qarabağa qarşı nifrət aşılayır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistandakı “Ayakve” təşəbbüsünün üzvü Menua Soqomonyan bildirib: “Paşinyan deyir ki, resursların 70%-i sabun köpüyü hesab etdiyi şeyə xərclənib. Bu təkliflərdən biri Qarabağa nifrəti alovlandırmaq üçün kifayətdir”.
Onun sözlərinə görə, hakimiyyət əlindən gələni etmək istəyir ki, sıravi erməni Qarabağın itirilməsi ilə barışsın: “Bu bəyanat insanların qəlbində və şüurunda Qarabağ səhifəsini bağlamağa yönəlmiş təbliğatın növbəti elementi idi. Hakimiyyət çalışır ki, erməni cəmiyyəti Qarabağın itirilməsini qəbul etsin: “Hakimiyyət təbliğata başlayacaq ki, Ermənistanın rayonlarının müdafiəsinə bu qədər vəsait xərcləmək nəyə lazımdır? Biz özümüzü İrəvan boyda kiçik bir ərazi ilə məhdudlaşdıracağıq, hər şeyi təslim edəcəyik və dinc yaşayacağıq”.
Vəli Həsənov,
KONKRET.az