Sosial müavinətlər artırıldı: Yeni məbləğlər belə olacaqbackend

Sosial müavinətlər artırıldı: Yeni məbləğlər belə olacaq

“2025-ci ildə icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb. Bu artımlar bu ildən etibarən minimum əmək haqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əmək haqqı ilə birbaşa bağlıdır. O baxımdan, minimum əmək haqqındakı dəyişiklik onların məbləğində artımlarla müşahidə olunur”.

KONKRET.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əmək haqqının 4 misili həcmindədir. Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1380 manatdan 1600 manatadək (400 manat X 4) yüksəlib.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər də minimum əmək haqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə, o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb.

Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb.

Artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.

Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək. Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq”, – millət vəkili vurğulayıb.

  • Nihad
    Mart 5, 2025 - 19:18

    Bəs veteran pulları? 80 AZN nə zAman artırılacaq?

    • Salman
      Mart 6, 2025 - 19:18

      İnanmıram ki,o Veteran pulu artırılsın çünki elə neçə ildi müzakirə olunur və müzakirə olunmaqda da,davam edir.Orta da konkret qərar verilmir yəqin ki,bu onlara sərf etmir.

    • Elmar
      Mart 7, 2025 - 14:03

      Ailə başcısını itirməyə görə verilən müavinət 2025 – ci ildə nə qədər artırılacaq ?

  • Ballı
    Mart 6, 2025 - 22:02

    220 manat sosyal müavinət pensiyası artmadı niyə

  • Dilarə
    Mart 6, 2025 - 22:29

    Bəs ailənin bir üzvünu itirən uşağa (atası və ya anasına görə verilən 120AZN müavinət)nə zaman artırılması barədə nə zaman düşünüləcək???😡😡😡😡

  • Əhməd
    Mart 7, 2025 - 20:47

    Müzakirədə məndə iştirak etmək istədim müavinət dedikdə bunlar yenə bu 150 AZN artırılmasını nəzərdə tutmur belə şey olar 150 AZN əmək qabiliyyətsiz kammunala belə işə götürmürlər siz deyin bu, 150 aznle biz nə edəcəyik bunu fikirləşmir siz

  • Elməddin
    Mart 7, 2025 - 21:46

    Bes bu veteran pulu ne vaxd artacaq ele hemise yazirsiz sosial muavinetler artdi artdi girib baxiriq 80 manat baresinde hec bir qerar desisikliyi yoxdu

Nihad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*