Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – XƏBƏRDARLIQbackend

Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

KONKRET.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik xidməti məlumat yayıb.

“Vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Xidmət vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*