Sovet kəşfiyatının GİZLİ SSENARİSİ: Xaricdəki ermənilər Ermənistana necə köçürülüb?backend

Sovet kəşfiyatının GİZLİ SSENARİSİ: Xaricdəki ermənilər Ermənistana necə köçürülüb?

20-ci əsrin 50-ci illərində meydana atılan “erməni soyqırımı” termini SSRİ-nin Türkiyəyə qarşı təzyiq vasitəsi idi. Türkiyənin NATO-ya daxil olmasından sonra Sovet imperyasının əl atdığı “ən təsirli vasitə” erməni mövzusuydu. Dərhal ermənilərin qondarma “qırğın” iddiasından bəhrələnən Sovet siyasətçiləri onlardan vasitə kimi istifadə etdikcə bu saxtakar və uydurma yalana inanmağa başlayırdılar.

Dərhal İrəvanın mərkəzində qondarma “soyqırıma” xatirə kompleksi inşa edildi. Yaxın-uzaq qəbirstanlıqlardan insan sümükləri kompleksə daşındı və erməni qalıqları kimi nümayiş olunmağa başladı. Az sonra ermənilərin Ağrı dağına iddiasının şahidi olduq. Moskvanın göstərişi ilə İrəvanın “Spartak” futbol  komandasının adı dəyişib  “Ararat” qoyuldu. Sovet kəşfiyatının gizli ssenarisi üzrə inkişaf edən hadisələr xaricdəki ermənilərin Ermənistana köçü ilə davam etdirildi. 30 ildir özünün dövlət siyasətini “soyqırımı” üzərində quran Ermənistan Türkiyəni ittiham edir və  dünya dövlətlərinin əksəriyyəti  Ankaraya təzyiq vasitəsi kimi bu saxta rıçaqdan faydalanır.

Amma Ermənistanda yeni islahatlar həyata keçirən baş nazir Nikol Paşinyan xalqı xəstəlikdən xilas olmağa dəvət edib. Bu, ilk olaraq “soyqırımı” iddiasından əl çəkməkdir. Paşinyanın bununla bağlı verdiyi bəyanat Ermənistanda bomba effekti yaradıb. Siyasətçilər baş nazirin bəyanatını kəskin tənqid edib və “soyqırım”dan imtinanı erməni dövlətçiliyinin itirilməsi kimi qiymətləndiriblər. Belə siyasətçilərdən biri də Edmon Marukyandır.

Keçmiş səfir hesab edir ki, “erməni soyqırımı”nı inkar etmək üçün dik dayanıb belə bir şey olmadğını demək lazımdır. Bunu da Paşinyan bacara bilər”.

Paşinyan bildirmişdi ki, 1,5 milyon “qurban”ın adını bir-bir sadalamaq ağılsızlıqdır. O, bununla əsassız “soyqırımı” iddialarından əl çəkməyin vaxtının çatdlığını bildirir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*