Şoyqu: “Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır”backend

Şoyqu: "Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır"

“Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Qafqazda mövcudluğunu artırmağa çalışır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib.
O deyib ki, Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Qafqazda mövcudluğunu artırmağa çalışır,

“İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – Şoyqu bildirib.

Onun fikrincə, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

“Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və kəşfiyyatçıların daxil olduğu missiyanı göstərmək olar. Hesab edirəm ki, onların əslində nə işlə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur.

Bu baxımdan biz KTMT missiyasının regiona göndərilməsi üzrə işi davam etdirməyi zəruri hesab edirik”, – Şoyqu əlavə edib.

Şoyqu həmçinin qeyd edib ki, o, Ermənistanın KTMT vasitəsilə koalisiya fəaliyyətlərində iştirakını vacib hesab edir.

“Çünki Ermənistan blokun üzvü və bizim müttəfiqimizdir”, – nazir əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*