Şoyqunun rəsm əsərləri satılacaq – Moskvada hərracbackend

Şoyqunun rəsm əsərləri satılacaq – Moskvada hərrac

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun rəsm əsərləri və digər işləri xeyriyyə hərracında satılacaq. Əldə olunan gəlir beyin şişləri olan uşaqların müalicəsi və dərmanlarına sərf olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Konstantin Xabenski xeyriyyə fondu məlumat yayıb.

“Həyat üçün yaradıcılıq” adlı xeyriyyə hərracı cümə günü Rus Coğrafiya Cəmiyyətinin Moskvadakı qərargahında keçiriləcək.

“Sergey Şoyqunun işləri təqdim ediləcək: rəsm əsərləri, dekorativ taxta vaza, əl işi üçün taxta masa. Hərrac zamanı yığılan vəsait Xabenski Fondu tərəfindən beyin şişləri olan uşaqların neyrocərrahiyyə müalicəsinə və onların dərmanlarının alınmasına yönəldiləcək”, – deyə bldirilib.

Hərrac zamanı aktyorlar Konstantin Xabenski və Sergey Burunovun ifasında Şoyqunun “Dünən haqqında” kitabındakı hekayələr də təqdim olunacaq. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*