Sözləri salondakı hər kəsi heyrətə gətirdi!backend

Sözləri salondakı hər kəsi heyrətə gətirdi!

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında İsrailin qlobal “siyasi blokada” ilə üz-üzə olduğunu müdafiə edib.

KONKRET.az xəbər verir ki, Netanyahu mətbuata “Cib telefonunuz varmı?” sonra “siz əslində İsrailin bir parçasını tutursunuz” deyərək otaqdakı hər kəsi heyrətə gətirib.

Buradakı çıxışında ölkəsinin həm siyasi, həm də ticari “blokada” altında olduğunu iddia edən Netanyahu, “Hazırda Qətər başda olmaqla, müxtəlif təşkilatlar və ölkələr tərəfindən İsrailə qarşı blokadaya keçmə cəhdi var. İlk növbədə, bu, həm Qətərdən, həm də Çin kimi digər ölkələrdən gələn çox böyük pullarla maliyyələşdirilən mətbuat blokadasıdır”, – deyib.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*