“Squid game”in aktyoru həbs edildi – FOTObackend

“Squid game”in aktyoru həbs edildi – FOTO

Cənubi Koreyanın məşhur “Squid Game” serialının ilk sezonunun ulduzlarından 80 yaşlı aktyor Oh Yeong Soo həbs edilib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Aktyor cinsi təcavüzdə ittiham olunur. Məlumata görə, aktyor 2017-ci ildə bir qadını “icazəsiz qucaqladığı”, “yanağından öpdüyü”, “bədəninə toxunduğu” üçün məhkəməyə verilib. Lakin şikayət 2022-ci ildə təmin edilib. Hətta istintaq bir müddət dayanadırılıb, daha sonra araşdırma davam edib.

Məhkəmə işi üzrə aktyor daha əvvəl 1 ilə yaxın azadlıqdan məhrum edilib.

Oh Yeong Soo 80 yaşında hakim qarşısına çıxmağın alçaldıcı olduğu, ittihamların heç birini qəbul etmədiyini bildirib. O, qadına valideyn nəvazişi göstərəcək şəkildə yaxınlaşdığını deyib. Son olaraq keçirilən məhkəmə iclasında həbs müddətinin uzadılmasına qərar verilib.

k602jsl8 o yeong

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*