Stajla bağlı yenilik: azaldılırbackend

Stajla bağlı yenilik: azaldılır

Milli Məclis işsizliyə görə müavinət üçün sığorta stajının müddətinin azaldılmasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Əvvəllər isə bu müddət 30 ay idi.

Qanuna dəyişikliklər səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  • Ramin
    Dekabr 24, 2023 - 19:51

    Ramin yusifov Men ala bilerem issizlikden sugortani

  • Vüqar
    Dekabr 25, 2023 - 03:05

    Salam. Mən işsizlik. Müavinət almalıyam?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*